TikTok iş üçün yeni platforma təqdim edib “TikTok for Business”
TikTok, brendlər üçün marketinq həllərini özündə cəmləşdirən biznes üçün TikTok təqdim edir. Platformadan istifadə edərək markalar və marketoloqlar yaradıcı məzmun yaratmaq və platformadakı cəmiyyətlə səmərəli qarşılıqlı əlaqə qurmaq, həmçinin TikTokdakı auditoriyalarını genişləndirmək imkanı əldə edəcəklər.
TechCrunch verdiyi məlumata görə, TikTok For Business sosial şəbəkənin bütün reklam formatlarını özündə birləşdirib.
Brand Takeovers - tətbiqetmənin girişindəki brendləşdirilmiş cover (video və ya şəkil formatında olan 3-5 saniyəlik reklam)
In-Feed videoları - 60 saniyəyə qədər davam edən quraşdırılmış videolar;
Hashtag Challenges - haştaq ətrafında markalı məzmun yaratmaq
Branded Effects - brendləşdirilmiş maskalar. Bu xüsusiyyət müəssisələrə məzmunun yaradılması prosesinə birbaşa təsir göstərməyə imkan verir. Maskalar və linzalar indi yalnız 2D, 3D-də deyil, həm də videoda ön planda və ya arxa planda ola bilər. İstifadəçi marka ilə əlaqəsini artırmaq üçün təsiri haştaqlarla gücləndirə bilər.
TikTok reklam vasitələri üçün qiymət məlumatlarını hələki açıqlamır. Lakin qeyd edir ki, bu markanın hədəflərindən və kampaniyanın həcmindən asılıdır.